İsrailin Baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu iştirak etdiyi tədbirdə diqqətçəkən açıqlamalar verib.
O, ailə həyatı ilə bağlı danışarkən bildirib ki, övladları yalnız atasının kimliyinə görə müxtəlif təzyiqlərlə üzləşiblər. Sara Netanyahu uşaqlarının təhqir və zorakılığa məruz qaldığını iddia edib.
“Uşaqlarım sadəcə Netanyahu-nun uşaqları olduqları üçün təhqir və zorakılığa məruz qalıblar. Uşaqlara qarşı hücumları istər üzbəüz, istərsə də onlayn mühitdə olsun, hər yerdə qınamalıyıq”, – deyə o qeyd edib.
Eyni zamanda, məlumatda qeyd olunur ki, Qəzza zolağında uzun müddətdir davam edən münaqişə və son illərdə artan hücumlar nəticəsində minlərlə mülki şəxs, o cümlədən uşaqlar həyatını itirib. Bölgədə yaşayan uşaqların əsas hüquqlardan – təhsil, səhiyyə və yaşayış imkanlarından məhrum olduğu bildirilir.
Bununla yanaşı, xəbərdə İran ərazisində məktəbə edilən hücum nəticəsində çoxsaylı uşağın həyatını itirdiyi də qeyd olunur.
Mənbə: Ensonhaber
