Bugun.tv xəbər verir ki, Sultanahmetdəki İbrahim Paşa sarayının altında Osmanlı dövründə zirzəmi kimi istifadə edilən 15 əsr əvvələ aid böyük bir bina tapıldı. Mədəniyyət və Turizm Nazirliyi binanın ziyarətçilərin istifadəsinə verilməsi istiqamətində işləri davam etdirir. İbrahim Paşa malikanəsi Osmanlı İmperiyasının ən möhtəşəm memarlıqlarından biridir.
TRT Haberin məlumatına görə, Qanuni Süleymanın kürəkəni Parğalı İbrahim Paşa tərəfindən inşa edilən saray Sultanəhməd meydanında yerləşir.
Müxbir: Şəms Elnurqızı