25 C
Baku
28 İyul 2025, 5:32
Baş xəbərHadisə

Satıcı işlədiyi marketdən 10 min manat dəyərində ərzaq oğurlayıb

Bakıda marketdən 10 min manat dəyərində ərzaq malları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə paytaxtın Nərimanov rayon ərazisindəki marketlərdən birində baş verib. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10 000 manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Mənbə: Report

Aynur Camal

Oxşar xəbərlər

“Barselona” Brozoviçi transfer etmək niyyətindədir

Nigar Məmmədova

Prezident bəzi hakimlərin vəzifələrini dəyişdirdi

Aynur Camal

Qəzzada İsrailin hücumları nəticəsində zərər görən İordaniya səhra xəstəxanası xidmətə davam edəcək

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu