29 C
Baku
28 İyun 2025, 18:40
Digər

Satışda zərərli diş məcunları var!

Hər gün yuxudan oyandıqdan sonra etdiyimiz ilk işlərdən biri də dişlərimizi fırçalamaqdır. Günümüzdə market və apteklərdə müxtəlif növ və adda diş məcunları satılır. Buna görə də seçim etmək heç də asan olmur. Bəs görəsən, hər kəsin istifadə etdiyi diş məcunlarının faydalı və zərərlilərini, eləcə də təbii tərkibli olanlarını necə ayırd edə bilərik?

Alıcılar bilməlidir ki, diş pastasının üzərində qara zolaq varsa, bu məhsul tamamilə kimyəvi maddələrdən hazırlanıb. Azad İstehlakçılar Birliyinin sədri,  Eyyub Hüseynov bu barədə Bugun.tv-yə danışıb.O, deyib ki, əgər bu zolağın rəngi qırmızıdırsa, deməli, həmin məhsulun tərkibi kimyəvi və təbii maddələrin qarışığından ibarətdir. Yaşıl zolaq isə məhsulun təbii tərkibindən xəbər verir. Qara zolaqlı diş məcunları isə təhlükəlidir və onlardan istifadə etmək tövsiyə olunmur. “Məlumdur ki, diş məcunları bir sıra kimyəvi maddələrin qarşılığından meydana çıxır. Ona görə diş məcunları seçəndə onun sonluğundakı xətlərə fikir versinlər. Bəzən diş məcunların müxtəlif rənglərə boyayırlar. Bu xüsusən kiçik yaşlı uşaqları cəlb etmək üçündür”.

Diş məcunu alarkən hər kəs öz dişlərinin xüsusiyyətlərinə uyğun seçim etməlidir. Stomatoloqlar bildirir ki, diş emal qatı zəif olan insanlar bu məsələyə xüsusi diqqət etməli, eləcə də diş məcunu seçərkən onun tərkibindəki kalsiumun miqdarına fikir verməlidirlər. Çünki elə güclü tərkibli diş məcunları var ki, onlar dişin mina qatını sürətlə aşındırır. Və zamanla dişlər tamamilə sıradan çıxa bilir.

Yanlış diş pastaları diş əriməsi, ağardıcı məcunlar olduğu zaman dişin mina qatı sürtüldüyü üçün diş çürümələrinə ondan sonra diş əti xəstəliklərinə, paradontoza flörlü tərkibli olduğu üçün passivlik, yorğunluq halsızlıq kimi hallara səbəb olur.

Müasir diş məcunları, nəinki təsirli və təmizləyici effektə, eyni zamanda xüsusi tərkibli əlavələrin köməkliyi ilə müalicəvi-profilaktik təsirə də malikdir. Odur ki, dişlərin gigiyenik qaydalarına düzgün riayət etməklə yanaşı keyfiyyətli və təbii tərkibli məcunlardan istifadə də mütlqədir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Rusiya prezidentinin qarajındaki ​​xarici avtomobillər məlum oldu

Kəmalə Sultan

F. Bayramov: “Yaşam koçları dələduzluqla məşğul olan şəxslərdir”

Nigar Məmmədova

Polis əməkdaşları profilaktiki tədbirləri davam etdirir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu