Dünya

Saxta spirtli içki fəlakəti: 21 nəfər həyatını itirdi

İranın Mazandaran vilayətində 21 nəfər saxta spirtli içki qəbulu nəticəsində ölüb. Spirtli içkilərin qadağan olunduğu İranda təəccüblü fəlakət baş verib.

İran Tələbə Xəbərləri Şəbəkəsinin (SNN) xəbərinə görə, Mazenderan Ədli Tibb Baş direktoru Əli Abbasi vilayətdə 21 nəfərin metil spirtinin səbəb olduğu ağır zəhərlənmə nəticəsində öldüyünü bildirib.

Ölənlərdən 18-nin kişi, 3-nün qadın olduğunu bildirən Abbasi, metil spirtinin istehlakının korluğa, böyrək çatışmazlığına və ölümə səbəb olduğunu bildirib.

Mazenderan Sağlamlıq Elmləri Universitetinin Müalicə şöbəsinin müdiri Resul Zafermend qeyd edib ki, 284 nəfər metil spirti qəbul etdiyindən zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.

İranlı həkim bildirib ki, ölənlərdən başqa 4-ü görmə qabiliyyətini itirib, 81-i isə böyrək çatışmazlığı səbəbindən dializdən keçib.

Alkoqolun qadağan olunduğu İranda daha ucuz olduğu üçün bəzən qaçaqmalçılıq yolu ilə gətirilən içkilərdə etil spirti əvəzinə metil spirtinin istifadə edildiyi və bunun ölüm və görmə itkisinə səbəb ola biləcək zəhərlənmələrə səbəb olduğu bildirilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Putin mənimlə görüşmək istəyir; Biz bu görüşü təşkil edirik

Aynur Camal

ABŞ Çinlə müharibə olacağı təqdirdə yüksək qiymət ödəyəcək

Aynur Camal

Rusiya aviabazasına hücum edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu