32 C
Baku
19 İyul 2025, 15:12
DünyaHadisə

Şaxtanın çökməsi nəticəsində 7 nəfər öldü

Qananın Şərq əyalətində qeyri-qanuni mədənin çökməsi nəticəsində ilkin araşdırmalara görə, 7 nəfər ölüb.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

TRT Haberin məlumatına görə qəzadan sonra axtarış-xilasetmə işlərində 7 nəfərin cansız cəsədi tapılıb, 5 nəfər sağ çıxarılıb. Çuxurda qalan çoxlu sayda işçidən xəbər yoxdur.

Yerli sakinlər çökməyə güclü yağışın səbəb olduğunu iddia edirlər.

Qeyd edək ki, tarixdə “Qızıl Körfəz” adlandırılan Qana “Afrikanın ən böyük qızıl istehsal edən ölkələri” arasındadır.

Qanada qeyri-qanuni mədən işlərinin qarşısını almaq məqsədilə 4 il əvvəl “Milli Qeyri-qanuni Mədən İşçi Qrupu” yaradılıb.

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Eyni döngədə 1 gündə 3-cü qəza oldu: 4 ölü, 3 yaralı var

Bugün TV

Putin Paşinyanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Aynur Camal

Misir prezidenti Sisi İsrailin Qəzzaya qarşı quru əməliyyatının qarşısını almağa çağırdı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu