4 C
Baku
15 Yanvar 2026, 1:39
Dünya

Sayları milyardlarla ölçülən həşəratlar sahilə endi!

ABŞ-ın Rod-Aylend ştatında çimərlikdə dənizdən və günəşdən həzz alan insanlara iynəcə sürüsü hücum edib. Həmin anlar həvəskar kameraya düşüb. Həftə sonu ABŞ-ın Rod-Aylend ştatındakı Misquamicut Beach-də başa çatdı.

Sahilə həşərat buludu endi.

İynəcə sürüsü sahilə endi və çətir və stulların hər tərəfində vızıldamağa başladı. Sahildə olanlar dəsmallarla üzlərini qorumağa çalışarkən, o anların şahidi olan bir şəxs, “Misquamicut State Beach-də gözəl bir gün keçirərkən, cırcırama qiyamətinə məruz qaldıq” deyərək o anları təsvir etdi.

Qorxunc görüntülərdə çimərlikdə bəzi insanların yerlərə sığınaraq maşınlarına doğru qaçdığı, bəzilərinin isə sadəcə seyr edərək güldüyü görüntülənib. Uşaqların bəziləri qışqırır, bəziləri isə kürək və su vedrələri ilə yoldan keçən həşəratlara hücum edirdi.

Digər şahid Riçard Sontaq hadisəni “işğal” kimi qiymətləndirib.

Mütəxəssislər sürü halında olan cırcıramaların sayının milyardlara çata biləcəyini və qrupların böyüklüyünə görə bəzən radar sistemlərində tutulduqlarını və insanlar üçün təhlükə yaratmadıqlarını açıqlayıblar.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Alimlər insanın bədənini “özünə məxsus” hiss etməsinin sirrini tapdı

Aynur Camal

❄️ Bilirdinizmi? Dünyada ilk “buz arxivi” yaradıldı

Aynur Camal

Siyasi ekspert Məhəmməd Əsədullazadə: Şah rejimi ilə molla rejimi eyni sistemin fərqli formalarıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu