36 C
Baku
20 İyul 2025, 14:57
Baş xəbər

“Scopus” və “Web of Science” üzrə mütəxəssis hazırlığına start verildi

“Elsevier” və “Clarivate” şirkətlərinin ilk dəfə birgə həyata keçirdiyi 4 aylıq elmmetriya üzrə mütəxəssis hazırlığı proqramı yekunlaşıb.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Elsevier” və “Clarivate” şirkətləri, tarixdə ilk dəfə, birgə elmmetriya üzrə mütəxəssis hazırlığı proqramı həyata keçirib.

Proqramın məqsədi ölkədə “Scopus” və “Web of Science” kimi elmmetrik və bibliometrik bazaları ekspert səviyyəsində tətbiq edə biləcək mütəxəssislər yetişdirməkdir.

Hazırlıq proqramına 150 müraciətçi arasından seçilən 70 nəfər iştirakçı qatılsa da, yalnız 28 nəfər proqramı uğurla bitirib və “Elsevier” və “Clarivate” şirkətlərinin birgə sertifikatını əldə edə bilib.

Qeyd edək ki, proqramı müvəffəqiyyətlə bitirən şəxslər elmi göstəricilərin ölçülməsini daha dəqiq aparacaq, tədqiqatçılara ədəbiyyat axtarışlarında dəstək göstərəcək, elmi işlərin dərci üçün keyfiyyətli jurnal seçiminə öz töhfələrini verəcəklər.

Mənbə: Elm və Təhsil Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da hava şousu zamanı 2 təyyarə toqquşdu, 2 pilot öldü

Bugün TV

Heyvan oğurluğu törədən 2 şübhəli həbs edildi

Aynur Camal

Taxta sexində yanğın oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu