17 C
Baku
10 İyun 2025, 1:51
Baş xəbərDünya

Seçki həyəcanı başladı

Braziliyada insanlar 5569 bələdiyyə başçısı və 58 min şura üzvünü seçmək üçün sandıq başına gedib.

Braziliyada dünən keçirilən yerli seçkilərdə insanlar sandıq başına gedərək səslərini veriblər.

Qərarını verən insanlar hazırkı prezident Luiz İnasio Lula da Silva və keçmiş prezident Jair Bolsonaronun dəstəklədiyi namizədləri seçiblər.

Lula da Silvanın dəstəklədiyi Sosial Demokrat Partiyası (PSD) 887 bələdiyyə sədri olduğu halda, Bolsonaronun dəstəklədiyi Braziliya Demokratik Hərəkatı (MDB) 863 bələdiyyə başçısı olub.

Braziliyanın ən böyük şəhəri olan San Pauloda heç bir namizəd səslərin 50 faizini keçə bilmədiyi üçün ən çox səs toplayan iki namizəd oktyabrın 27-də keçiriləcək ikinci turda yarışacaq.

San-Paulu şəhərinin hazırkı meri, ifrat sağçı Bolsonaronun dəstəklədiyi Rikardo Nunes 29,49 faiz, Lula da Silvanın dəstəklədiyi Guilherme Boulos isə 29,06 faiz səs toplayıb.

Ölkənin ən böyük turizm şəhərlərindən biri olan Rio-de-Janeyroda Lula da Silvanın dəstəklədiyi Eduardo Paes səslərin 60 faizindən çoxunu toplayaraq Bolsonaronun namizədi üzərində böyük fərq yaradıb.

Mənbə: Anadolu Agentliyi (AA)

Aynur Camal

Oxşar xəbərlər

Sergey Lavrovun Türkiyə səfərinin tarixi bəlli oldu

Nigar Məmmədova

Narkotik alan şəxs saxlanıldı

Kəmalə Sultan

Rusiya raketinin Lvovda mənzili vurması nəticəsində 4 nəfər öldü

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu