19 C
Baku
8 Sentyabr 2024, 3:25
Dünya

Seçki nəticələri iqtisadiyyatı sarsıtdı

Beynəlxalq kredit reytinq agentliyi Moody’s Fransadakı seçki nəticələrinin ölkənin kredit reytinqinə mənfi təsir göstərdiyini bildirib.

Xatırladaq ki, Fransada birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçirilən növbədənkənar ümumi seçkilər dörd sol partiyanın yaratdığı Yeni Xalq Cəbhəsinin qələbəsi ilə nəticələnib.

Seçkilərdə solçu Yeni Xalq Cəbhəsi 178 mandatla birinci, Makron ittifaqı 163 mandatla ikinci, ifrat sağçı Milli Birlik Alyansı (MN) isə 143 mandatla üçüncü olub. Bu nəticələrlə heç bir partiya və ya ittifaq cəmi 577 deputatın fəaliyyət göstərəcəyi parlamentdə hökuməti qurmaq üçün tələb olunan mütləq çoxluğu əldə edə bilməyib.

Moody’s-in verdiyi açıqlamada Fransada Yeni Xalq Cəbhəsinin qələbəsindən sonra qurulacaq böyük koalisiyanın qərar qəbul etmə və borcların azaldılması vəzifəsini daha da çətinləşdirəcəyi bildirilib. “Hər hansı gələcək hökumətin qarşılaşacağı məhdudiyyətləri nəzərə alsaq, 2025-ci ildə xərclərə əsaslanan fiskal konsolidasiya görəcəyimiz ehtimalı azdır”, – bəyanatda deyilir.

Açıqlamada bildirilib ki, hazırda Fransada vergi gəlirlərinin ÜDM-ə nisbəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) ən yüksək səviyyədə olduğundan, ölkənin vergiləri daha da artırması ehtimalı azdır. Seçki nəticəsinin maliyyə təsirləri kredit balı üçün mənfidir” deyə qiymətləndirmə aparılıb.

Açıqlamada büdcə kəsiri və borc rəqəmlərinin gözləntilərdən əhəmiyyətli dərəcədə yüksək olması halında Fransanın kredit reytinqinin proqnozunun “mənfi”yə düşə biləcəyinə diqqət çəkilərək, mövcud görünməmiş şərtlərin Fransa qurumlarını və siyasət effektivliyini sınaqdan keçirəcəyi ifadə edilib.

Moody’s Fransanın kredit reytinqini “Aa2”, kredit reytinqinin proqnozunu isə “stabil” olaraq saxlayır.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Tac Mahal sular altında qaldı

Kəmalə Sultan

17 iyul – Emoji Günü

Aynur Camal

İsrail yenə vətəndaşları hədəf aldı! Məktəbə hücum nəticəsində 11 nəfər ölüb 

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu