ABŞ prezident seçkiləri yarışı Co Baydenin yerinə Kamala Harrisin namizəd olması ilə güclənib. Son sorğulara görə, Harris Trampın üstünlüyünü silkələdi.
Trampa hücumdan sonra CBS News-un son sorğusunda Trampın səs nisbəti 52 faizə yüksəlib. Bununla belə, ABŞ-da aparılan sorğuda namizədliyi Demokratlar Partiyasından prezident Co Baydendən götürən Kamala Harrislə onun Respublikaçı rəqibi Donald Tramp arasında səs fərqi 1 bala qədər azalıb.
New York Times/Sienna Kollecinin sifarişi ilə keçirilən son sorğu Tramp və Harrisin hazırkı səs payı ilə bağlı təxminləri göstərib.
22-24 iyul tarixlərində 1142 böyüklər arasında aparılan milli sorğuda 5 noyabrda keçiriləcək prezident seçkilərində Trampa səs verəcəklərini deyənlərin nisbəti yüzdə 48, Harris isə 1 bal geridə qalaraq 47 faizdə qalıb.
İyunun 27-də Bayden və Tramp arasında canlı yayımda keçirilən seçki debatından sonra aparılan eyni sorğuda Baydenin Trampdan 6 bal geri qaldığı görülüb.
Siyasi müşahidəçilər, Baydenin iyulun 19-da yarışdan çəkildiyini elan etdikdən sonra onun əvəzləyici namizədi kimi irəli sürdüyü və dəstəklədiyi Harrisin bir həftədən az sonra rəqibi Trampla fərqi 1 xalla bağlamasını indiki mərhələdə uğur hesab edirlər.
Mənbə: TGRT