Bugun.tv-xəbər verir ki, bu gün Azərbaycanın görkəmli hüquq xadimi, əvəzsiz dövlət qulluqçusu, hüquq elminə və qanunvericilik sistemimizin inkişafına böyük töhfələr vermiş Səfa Mirzəyevin doğum günüdür.
Bu barədə məlumatı Milli Məclisin deputatı Hicran Hüseynova verib.
Deputat qeyd edib ki, O, 1952-ci il mayın 12-də dünyaya göz açmışdı.İlk dəfədir ki, doğum günündə onun fiziki yoxluğunu hiss edirik. Bu gün əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, məzarını ziyarət etdik. Səfa müəllim dövlətə və xalqına sədaqətlə xidmət edən, hüquq sahəsində müdrikliyi, dürüstlüyü və peşəkarlığı ilə seçilən şəxsiyyət idi.
Milli Məclis Aparatının rəhbəri kimi uzun illər ərzində qanunvericilik prosesinə verdiyi töhfələr, Konstitusiya layihəsinin hazırlanmasında iştirakı, elmi-pedaqoji fəaliyyəti və gənc hüquqşünasların yetişdirilməsindəki rolu heç zaman unudulmayacaq. O, həm də zəngin mənəviyyatı, səmimiyyəti və yüksək insani keyfiyyətləri ilə yaddaşlarda qalıb.
Səfa Mirzəyev bu xalqın və dövlətin tarixində iz qoymuş nadir ziyalılardan biri olaraq daim xatırlanacaq.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun”.