22 C
Baku
13 Sentyabr 2025, 18:54
Dünya

Sel fəlakəti, şimşək çaxması çox sayda insan həyatına son qoydu!

Əfqanıstanda leysan yağışları fəlakətə səbəb olub. Seldə 8 nəfər, ildırım vurması nəticəsində 7 nəfər həlak olub.

Əfqanıstanın Qor əyaləti və Herat şəhərində yağan güclü yağışlar nəticəsində 8 nəfər həyatını itirib. Milli Fəlakətlərin İdarə Edilməsi Qurumunun (ANDMA) verdiyi açıqlamada sel nəticəsində 1142 hektar kənd təsərrüfatı sahəsinin su altında qaldığı, 11450 baş mal-qaranın tələf olduğu bildirilib.

ANDMA 189 evin tamamilə və ya qismən dağıldığını və seldən zərər çəkmiş ərazilərdə işlərin eyni vaxtda davam etdiyini bildirib.

Herat bölgəsinin sakinləri 30-a yaxın evin tamamilə dağıldığını, eyni ailədən 4 nəfərin həlak olduğunu bildiriblər. Qorun Çahar Səda və Marqab rayonları arasındakı yol nəqliyyat üçün bağlanıb və 500 ailə məcburi köçkün düşüb.

Əfqanıstanın Miqrasiya və Qaçqınlar Nazirliyi köçkün ailələrin dağlarda açıq havada yaşadığını və təcili yardıma ehtiyacı olduğunu bildirib. Nazirlik can itkisinin arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Uruzqan əyalətində ildırım vurması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Bildirilib ki, Fərəh vilayətində də xeyli maddi ziyan dəyib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə millisinin oyunçusunun qolu “Olimpik Marsel”i hesabda önə keçirtdi

Nigar Məmmədova

Minlərlə insan leysan yağışlar səbəbindən festivalın keçirildiyi ərazidə qapalı qaldı

Bugün TV

Buzlaqlarda qlobal həyəcan: Son 10 ildə itki 36 faiz artıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu