3 C
Baku
14 Dekabr 2025, 16:31
Dünya

Sel fəlakəti: 3 milyon lari zərər vurdu

Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli və Bolnisi şəhərlərində axşam saatlarında başlayan güclü yağışın yaratdığı seldə mağazalar su altında qalıb, körpülər uçub.

Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli və Bolnisi şəhərlərində axşam saatlarında yağan leysan yağışlar öz təsirini göstərib. Marneuli şəhərində Algeti çayının daşması nəticəsində yüzlərlə mağazanın olduğu bazarı su basıb. Bazar satıcıları məhsulların yararsız hala düşdüyünü və zərərin ən azı 3 milyon lari (1.847.934,94 AZN) olduğunu bildiriblər. Yağışların yaratdığı sel nəticəsində ciddi dağıntılar yaşansa da, insan itkisi olmayıb. Selin vurduğu daha bir şəhər olan Bolnisidə kəndləri şəhər mərkəzi ilə birləşdirən körpülər uçub, əkin sahələrinə ciddi ziyan dəyib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

İsrail ordusu Livanda “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirdi

Kəmalə Sultan

Hökumət əleyhinə etirazlarda ölənlərin sayı 69-a çatdı

Aynur Camal

BMT: Suriyada humanitar ehtiyaclar ən yüksək səviyyəyə çatıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu