9 C
Baku
21 Dekabr 2025, 13:49
DünyaSiyasət

Semih Şükrinin Türkiyəyə səfəri gözlənilir

Bugun.tv xəbər verir ki, Misirin xarici işlər naziri Semih Şükri Ankaraya səfər edəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə keçiriləcək görüşdə iki ölkə arasında normallaşma prosesinin hərtərəfli qiymətləndirilməsi gözlənilir.

Danışıqlardan sonra həmkarlar mətbuat konfransı keçirəcək.

İclasda 2013-cü ildən müvəqqəti işlər vəkili səviyyəsində olan diplomatik münasibətlərin səfirlər səviyyəsinə yüksəldilməsi istiqamətində atılacaq addım da müzakirə olunacaq.

Qeyd edək ki, Şükri sonuncu dəfə fevralın 27-də baş verən zəlzələdən sonra Misirdən humanitar yardım materiallarının çatdırılması mərasimi üçün Mersinə gəlib və Çavuşoğlu ilə görüşüb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da 11 il sonra, martın 18-də xarici işlər nazirləri səviyyəsində Misirin paytaxtı Qahirəyə səfər edərək həmkarı Şükri ilə görüşüb.

Mənbə:NTV haber

Bugün TV

Oxşar xəbərlər

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forum keçirildi

Aynur Camal

Ceyhun Bayramov: “Azərbaycanın tələbləri nəticə verdi”

Bugün TV

Kral Çarlz tacqoymanın birinci ildönümünü qeyd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu