26 C
Baku
11 Sentyabr 2025, 20:18
Baş xəbərDigər

Sentyabrın 23-də gözlənilən hava şəraiti

Bugün.tv-nin Milli Hidrometeorologiya Xidmətindən aldığı məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 26-30° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Rusiyadan Ermənistana reaksiya: “Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu etiraf etdi”

Kəmalə Sultan

ABŞ Yaponiyaya zəlzələlərin fəsadlarının aradan qaldırılmasına yardım göstərir

İntizar Əmirova

Molla rejiminin başçısının fotosu flaş oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu