29 C
Baku
2 İyun 2025, 17:25
Baş xəbərDünya

Serbiya Kosovodan addım: Qadağa götürüldü!

Kosovo Serbiya mallarının idxalına qoyduğu qadağanı ləğv edib. Kosovo Baş naziri Albin Kurti, ölkəyə daxil olan malların təhlükəsizlik riski yaratmaması üçün iki ölkə arasındakı sərhəd qapılarında rentgen skan cihazlarının təmin edilməsində Serbiyadan kömək gözlədiklərini söyləyib.

Kosovo Baş naziri Albin Kurti keçən ilin iyun ayından etibarən tətbiq etdikləri Serb mallarına idxal qadağasını qaldırdıqlarını və malların iki ölkə arasındakı Merdare Sərhəd Qapısından keçirilməsinə icazə verdiklərini açıqlayıb. Baş nazir Kurti, Maliyyə, Əmək və Transferlər naziri Hekuran Murati ilə keçirdiyi mətbuat konfransında, “məhdudlaşdırıcı tədbir” olaraq xarakterizə etdiyi idxal qadağasının kommersiya qərarı olmadığını və təhlükəsizlik səbəbiylə alındığını söyləyib.

Kurti, Serbiyadan ölkəyə daxil olan malların təhlükəsizlik riski yaratmaması üçün iki ölkə arasındakı sərhəd qapılarında rentgen skan cihazlarının təmin edilməsində ABŞ və Avropa İttifaqından (AB) kömək gözlədiklərini vurğulayıb. Gömrük nəzarət sahəsinin genişliyi və sərhəd qapısına yaxınlığı səbəbiylə ilk olaraq Merdaredə malların keçirilməsinə icazə verdiklərini ifadə edən Kurti, digər sərhəd qapılarına rentgen aparatları yerləşdirərək idxalın bütün sərhəd qapılarından həyata keçirilə biləcəyini ifadə edib.

Kosovo mətbuatında yer alan xəbərlərə görə, Almaniya Serbiya mallarına qoyulan qadağanı aradan qaldırmasa, Kosovonun Mərkəzi Avropa Azad Ticarət Razılaşması (CEFTA) və Berlin prosesindən kənarlaşdırıla biləcəyi xəbərdarlığını etmişdi Miloş Vuçeviç də qərara görə uzun müddətdir davam edən gərginliyin azaldığını və Kosovo serblərinin müntəzəm olaraq ərzaq və dərman tədarük edə biləcəklərini bildirib.

14 iyun 2023-cü ildə Serbiya iki ölkənin sərhəd bölgəsində Kosovo polisi kimi tanınan üç nəfəri “Serbiyada aksiya keçirməyi planlaşdırdıqlarını” əsas gətirərək saxlamışdı.

Kosovo hökuməti 3 Kosovo polisinin Serbiya tərəfindən saxlanılmasından sonra təhlükəsizlik səbəbi ilə Serbiyadan mal idxalına qadağa qoyub. Polis məmurları 26 iyun 2023-cü ildə sərbəst buraxıldı, lakin Serb mülkü ilə bağlı qərar qüvvədə qaldı. Qərar daha sonra yumşaldıldı və Serbiyadan xammal idxalı qadağadan çıxarıldı.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Həddindən artıq istidə ürək-damar sağlamlığınız üçün diqqətli olun!

Aynur Camal

Uşaqlar üçün tamaşa: “Yeni İl Sərgüzəştləri” anşlaqla keçdi

Aynur Camal

Ermənistan bölgədə vəziyyəti gərginləşdirir

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu