21 C
Baku
15 Mart 2025, 12:41
Baş xəbərDünya

Serbiya parlamenti çaşqınlıq içində idi: müxalif deputatlar tüstü bombaları və məşəllər atdılar

Müxalifət deputatları hökumətin siyasətinə reaksiya vermək və tələbələrin etirazlarını dəstəkləmək üçün salona tüstü bombaları və məşəllər atıblar. Hökumət əleyhinə etirazların davam etdiyi Serbiyada parlamentin 3 aydan çox fasilədən sonra keçirilən ilk iclası xaosa səhnə olub. Serb Tərəqqi Partiyasının (SNS) rəhbərlik etdiyi hakim koalisiya müxalifətin etiraz etdiyi sessiyanın gündəliyini qəbul etdikdən sonra gərginlik artıb.

Parlamentin spikerinə tərəf üz tutan müxalif deputatlarla mühafizəçilər arasında dava düşüb. Müxalifət deputatları zala qırmızı və qara tüstü bombaları və məşəllər ataraq “Serbiya rejimin devrilməsi üçün ayağa qalxır” yazılı pankart açıblar.

Daha sonra iqtidar-müxalifət deputatları arasında qısamüddətli davada vəziyyət döyüş meydanına çevrildi, deputatlar yumurta atdı. Bəzi millət vəkilləri atılan tüstü bombalarından huşunu itirib. Parlament sədri Ana Brnabiç deputat Jasmina Obradovic’in tüstü bombası səbəbindən iclası tərk etməli olduğunu və təcili yardımla xəstəxanaya aparıldığını açıqlayıb. Brnabiç 8 aylıq hamilə olan başqa bir deputatın da tüstü bombalarından təsirləndiyini bildirib. Parlamentin xaosa rəğmən işini davam etdirəcəyini vurğulayan Brnabiç müxalifətə bu sözlərlə müraciət edib: “Serbiya uğrunda mübarizənin dayanmasını istəyirsənsə, bizi öldürməlisən”. Brnabiç “Bizi öldürməlisən. Əks halda bizi dayandıra bilməzsən. Mən işləməyə davam edəcəyəm. Serbiya üçün işləməyə davam edəcəyəm” deyib.

Tüstü bombalarına və xaosa baxmayaraq, nazirlər təklif olunan qanunları parlamentə təqdim etməyə başladılar. Görünüb ki, nazirlər qarşısında çıxış edən opponentlər fit çalaraq, səs-küy salmaqla sessiyanın qarşısını almağa çalışıblar.

Serbiyada tələbə etirazları dörd ay əvvəl qatar stansiyasının damının uçması nəticəsində 15 nəfərin ölməsindən sonra başlayıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

C.Məmmədov: “İran planlarını həyata keçirmək üçün din amilindən istifadə edir”

Bugün TV

DƏMX beynəlxalq mükafata layiq görüldü

Aynur Camal

10 avtomobil toqquşdu: 16 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu