27 C
Baku
10 İyun 2025, 10:56
Baş xəbərDünya

Serbiya Prezidenti məcburi hərbi çağırışın bərpasının əhəmiyyətini şərh etdi

Serbiya Prezidenti Aleksandar Vuçiç son günlər ölkədə əsas müzakirə mövzusuna çevrilən məcburi hərbi çağırışın bərpasının əhəmiyyətindən danışıb.

Bugun.tv xəbər verir ki, Aleksandar Vuçiç orduya verdiyi önəmi vurğulayaraq, hərbi gücün ölkənin təhlükəsizliyi üçün vacib olduğunu bildirib. O, məcburi hərbi çağırışın bərpası ilə bağlı məsələyə də toxunub.

“Ordu əvvəlki illərlə müqayisədə üç dəfə güclüdür. Lakin Serbiyaya yeni texnika gətirmək də çətindir. Çünki heç kim bizim kimi hərbi cəhətdən neytral ölkənin tez bir zamanda güc qazanmasına imkan verməz. Biz 12 yeni müasir avadanlıq almaq prosesindəyik. Bununla bağlı vəsaitimiz var, yeganə məsələ isə ordunun kifayət qədər şəxsi heyətinin olub-olmamasıdır. Bu gün tank baxımından super gücümüz var, çoxlu tankımız var. Lakin problem ondadır ki, bizim kifayət qədər əsgərimiz yoxdur. Serbiyanın cənubu bütün ölkəni müdafiə edə bilməz”, – deyə Prezident vurğulayıb.

Xatırladaq ki, Serbiya Müdafiə Nazirliyi dörd ay davam etməsi gözlənilən məcburi hərbi xidmətə çağırışa başlamaqla bağlı dövlət başçısı Aleksandar Vuçiç qarşısında təkliflə çıxış edib.

Serbiyada 2010-cu ildə parlament səsverməsi ilə məcburi hərbi xidmət ləğv olunmuşdu.

İntizar Əmirova

Oxşar xəbərlər

Paytaxtda dəhşətli qətlə hadisəsi baş verdi

Kəmalə Sultan

Fənərbaxça – Başakşehir finalının hakimi kim olacaq ?

Bugün TV

Pakistanın Qvadar limanına silahlı hücum oldu! Ölənlər var!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu