13 C
Baku
13 Aprel 2026, 17:07
Digər

Serbiyada baş verən iğtişaşlarda 27 polis və 80-dən çox vətəndaş yaralandı

Bugun.tv xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç bildirib. Nazir polislərdən bəzilərinin yaralarının ciddi olduğunu, 5 polis maşınına və 22 digər texnikaya zərər dəydiyini diqqətə çatdırıb. O, iğtişaşlarda iştirak edən 47 nəfər barəsində cinayət ittihamının irəli sürüldüyünü və 5 cinayət işinin açıldığını deyib. Hərbi Təhlükəsizlik Agentliyinin direktoru Duro Yovaniç isə vurğulayıb ki, Serbiya Ordusunun hərbçiləri gecə Novi Sadda hücuma məruz qalıb, hadisə nəticəsində 7 hərbçi yaralanıb. Serbiyanın Baş naziri Duro Macut bildirib ki, zorakılıq demokratik ölkənin siması olmamalıdır. O, hər cür zorakılıq və qeyri-demokratik davranışı pisləyib, bütün siyasi aktorları və vətəndaşları gərginliyi azaltmağa çağırıb.

Bugün TV

Oxşar xəbərlər

Misirdə əcnəbilər Azərbaycan dili kurslarına böyük maraq göstərir

Aynur Camal

Peter Magyar Rusiyaya münasibətini açıqladı: “Danışıqlar aparacağıq”

Aynur Camal

Trampın Papaya yönələn açıqlamaları müzakirələrə səbəb olub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu