36 C
Baku
20 İyul 2025, 18:12
Baş xəbərDünya

Sergey Lavrov: “Rusiya “Taliban”ı inklüziv olmadığı müddətcə tanıya bilməz”

“Rusiya Əfqanıstanda Taliban hərəkatının (Rusiyada qadağan olunmuş) tanınması prosesinə inklüziv hökumətin formalaşdırılması üzrə öhdəliklər yerinə yetirilmədiyi müddətcə başlaya bilməz”.

Bugun.tv xəbər verir ki. bu fikri Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya-Tacikistan Slavyan Universitetində auditoriya qarşısında çıxış edərkən deyib.

“Yuxarıda qeyd olunan şərtlər yerinə yetirilməyənə qədər biz Taliban hərəkatının hökumətinin rəsmən tanınması prosesinə başlamaq haqqında danışa bilmərik. Bu öhdəliklərə etnik və siyasi cəhətdən balanslaşdırılmış hökumətin formalaşdırılması, terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üçün daha ciddi tədbirlər daxildir. Bura həmçinin, Əfqanıstanda yaşayan bütün xalqlar, o cümlədən taciklər üçün əsas insan hüquqlarının təmin edilməsi aiddir”, – Lavrov qeyd edib.

Mənbə: TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Bakıda keçirilən “Çoxmillətli Sülhü Dəstək Əməliyyatları kursu” başa çatıb

Aynur Camal

İşıqforu pozan yük maşını minik avtomobilinə çırpıldı: 1 nəfər öldü, 2 nəfər yaralandı

Bugün TV

Hikmət Hacıyev İran səfiri Seyid Abbas Musəvi ilə görüşüb

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu