Rusiya Xarici İşlər Naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun dəvəti ilə sabah Türkiyəyə ikigünlük səfər edəcək.
Görüş zamanı ticarət, enerji və turizm sahələrində ikitərəfli əməkdaşlığın vəziyyəti və gözləntilərin müzakirəsi planlaşdırılır.
Bugun.tv xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatında deyilir.
Tərəflər arasında Ukrayna, Suriya və Qarabağ, eləcə də Mərkəzi Asiya və Əfqanıstanla bağlı söhbətlərin aparılacağı bildirilir.
Mənbə: NTV haber
