DünyaSiyasət

Sergey Şoyqu belaruslu həmkarı ilə görüşəcək

Minskdə işgüzar səfərdə olan Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu belaruslu həmkarı Viktor Xrenin ilə görüş keçirməyi planlaşdırır.

Bugun.tv xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Valeri Revenko bildirib.

“Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu Minskə qısa işgüzar səfərə gəlib. Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdən əlavə, Belarusun müdafiə naziri general-leytenant Viktor Xreninlə danışıqlar da planlaşdırılır”, – Revenko özünün “Twitter” səhifəsində yazıb.

 BELTA xəbər agentliyi Lukaşenko ilə Şoyqunun təhlükəsizlik məsələlərini müzakirə etdiyini, xüsusən də ölkəyə qarşı xarici təcavüz halında Rusiyanın Belarusu öz ərazisi kimi qoruyacağına zəmanət verdiyini bildirib.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Rusiya Ukraynaya qarşı böyük dron hücumu həyata keçirdi: ən azı 7 nəfər həlak oldu

Aynur Camal

Lübnan İran səfirini “arzuolunmaz şəxs” elan edib

Aynur Camal

İran və Çin xarici işlər nazirləri görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu