27 C
Baku
28 İyun 2025, 12:20
Mədəniyyət

Seriala çəkilirəm

Bir gün məhəllədə uşaqlara zarafatca dedim ki, seriala çəkilirəm, hamı inandı. Hörmətim birə beş artdı.

Qonşu arvadlar anama deyiblər ki, qaldıq əl-ayaq altında, oğlun seriala çəkilir. Anam gəlib dedi ki, ay oğul, qonşu arvadlar sənin seriala çəkilməyindən danışılar, mənim xəbərim yoxdur. İstədim deyim ay ana, inanma yalandır sonra fikrimi dəyişdim. Dedim görüm bu yalanın axırı nə olur? Anacan, sənə demək yadımdan çıxıb. Seriala cəkilməymi qonşu arvadlar aləmə yaydılar. İllərlə adlarını eşidib, üzünü gömədiyim qohumlarım mənimlə maraqlanmağa başladılar. İmkanli qohumlarım məni qonaq çağırdılar, məcəlislərinin yuxarı başında oturtdular, sağlığıma badə qaldırdılar. Dedilər, bizim nəslimizdə aktyor olmayıb. Nəslimizin fəxrisən! Badələr doldu, boşaldı. Məclisin şirin yerində imkanlı qohumum soruşdu ki, serial nə haqqdadır? Özümü itirməyib dedim ki, bir oğlan bir qızı sevir, qız da oğlanı sevir. Sonda qızın atası qızı başqasına verir. Qohumum başını tutdu:

– Mənim başıma gələn əhvalat!

Arvadı ərini dümsüklədi:

– Bəs deyirdin məndən başqa heç kimi sevməmisən?

Ər- arvad arasında mübahisə düşdü. Gördüm vəziyyət gərgindir çıxdığım aradan.

Ulduz həyatı yaşayırdım. Məhəllədə gündə bir qonaqlıq. Qızlar zəng edib tanış olurdular. Məhəllədə uşaqlar mənimlə şəkil cəkdirirdilər. Qonşu arvadlar gecə-gündüz məndən danışırdılar. Çox təəsüf 0ulduz həyatım uzun sürmədi. Qonşuluqda olan jurnalist qiz araşdırma apardı, mənim seriala çəkilməyim yalandır deyib, məhəllədə hamıya elan etdi. Beləcə, mənim ulduz həyatıma son qoyuldu. Məhəllədə hamı mənə gülürdü. Məni görəndə deyirdilər ki, serialın qəhrəmanı gəlir. Uşaqlar adımı gopçu Miriş qoymuşdular. Qızlar zəng edib mənimlə məzələnirdilər. Qohumlar deyirdilər bizim nəslimizin adına ləkə gətirdin, anam üzümə baxmırdı. Başımı itirmişdim. Tutduğum işə peşman olmuşdum, xəcalətdən məhəlləyə çıxa bilmirdim. Bir gun dostum məni toyuna çağırdı. Toyda rejissorla tanış oldum. Başıma gələn əhvalatı ona danışdım. Dedi, gəl bu əhvalata kino cəkək, baş rolda sən özün çəkilərsən. Bir neçə gündən sonra cəkilşə başladıq. Məhəllədə uşaqlara dedim ki, seriala çəkilirəm, heç kim inanmadı.

Yenə sag olsun jurnalist qız araşdırma apardı mənim seriala çəkilməyim haqqında qonşulara xəbər verdi Məhəllədə hörmətim birə on artdı. Qonşu arvadlar məndən danışmağa başladılar. Anam qonşulara deyirdi ki, güya mən üç yaşımda Rasim Balayev kimi artist olacağımı demişəm. Qızlar zəng edib məni diskotekaya çağırdılar. Qohumlarım mənimlə fəxr etdiklərini sosial şəbəkədə yazıdılar. Aktyor olmayasan, bir seriala çəkilib, məşhur olasan? Əcəb işdir! Görəsən başqa məmləkətdə də belədir?

Yazıçı- dramaturq Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

“Soyuq günəş”filminin aktyorları tələbələrlə görüşüb.

Şükufə Ramizqızı

Əhməd Cavad yaradıcılığına həsr olunmuş qiraət layihəsi sona çatıb. 

Şükufə Ramizqızı

140 yaşlı sənət ocağı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu