7 C
Baku
22 Fevral 2026, 8:05
Digər

Seul Pxenyanla gərginliyi azaltmaq üçün təbliğat xarakterli radiostansiyanın yayımını dayandırdı

Bugun.tv xəbər verir ki, stansiya 2010-cu ildə Cənubi Koreyaya məxsus “Çeonan” hərbi gəmisinin batmasından sonra yayıma başladığı 15 il ərzində ilk dəfə efirdən çıxıb. “Reuters” xəbər verir ki, VOF Cənubi Koreya tərəfindən Şimali Koreyaya qarşı psixoloji müharibə alətlərindən biri kimi istifadə edilib. 1950-1953-cü illər münaqişəsi sülh müqaviləsi ilə deyil, atəşkəslə başa çatdığı üçün Koreya yarımadasının iki dövləti texniki cəhətdən müharibə vəziyyətindədir. Cənubi Koreya Prezidenti Li Çje Myon iyun ayında vəzifəyə gəldikdən qısa müddət sonra onun administrasiyası qonşusu ilə dialoqu bərpa etmək məqsədilə Şimali Koreyanı tənqid edən sərhəd təbliğat yayımlarını kəsib. O, Şimali Koreya ilə gərginliyi azaltmaq istiqamətində əlavə addımlar atmağa söz verib və sülhə vasitəçilik etmək üçün ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında görüş keçirməyi təklif edib.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu