10 C
Baku
12 Aprel 2026, 19:59
Baş xəbər

Sevinc Hüseynova növbəti dəfə seçicilərlə görüşdü

Milli Məclisin deputatı Sevinc Hüseynova növbəti dəfə vətəndaş qəbulu keçirib.

Bugun.tv  xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib:

“Bu gün Gədəbəy rayonunun Çanaqçı kəndində növbəti vətəndaş qəbulunu keçirtdik. Qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlər, əsasən, elektrik təchizatının yaxşılaşdırılması, sosial, məşğulluq və digər məsələləri əhatə etdi. Qeyd edim ki, ötən ay keçirilən qəbulda sosial (əlilliyin müəyyən edilməsi və ÜDSY) məsələ ilə bağlı müraciət edən Çanaqçı kənd sakini, çoxuşaqlı ailə başçısı Hümmətov Güloğlan Məhər oğlu da müraciətinin müsbət həlli ilə bağlı təşəkkürünü bildirmək üçün bugünkü qəbulda iştirak etdi.

Qəbulda YAP Gədəbəy Rayon Təşkilatının sədri Rüstəm Nağıyev də iştirak etdi.

Sonra sakinlərin və Çanaqçı kənd uşaq bağçasının kollektivinin müraciəti ilə uşaq bağçasında olduq”.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu