19 C
Baku
8 Sentyabr 2024, 3:20
Hadisə

Sibirdə İES-də baş verdi, bir nəfər öldü

Bugun.tv xəbər verir ki, Rusiyanın Sibirin cənubundakı Tuva vilayətində Şaqonarskaya İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində xəsarət alan bir nəfər ölüb.

Səhiyyə Nazirliyi daha əvvəl bildirib ki, qəza nəticəsində 23 nəfər xəsarət alıb.

Martın 6-da səhər saatlarında Tuva vilayətinin Şaqonar şəhərindəki istilik elektrik stansiyasında partlayış baş verib. Regional Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, müəssisənin qazanxanasında yanğın və güclü tüstülənmə qeydə alınıb. Açıq alov söndürülüb. Yerli administrasiya bildirib ki, partlayış yanacaq konveyer lentində baş verdiyi üçün qəzanın obyektin qazanlarına heç bir ziyan dəyməyib.

Tuva vilayət prokurorluğu Şaqonarda qazanxanada yanğınla nəticələnən insidentlə bağlı araşdırmaya başlayıb. “Bölgə prokuroru Sergey Dyabkin qəzanın nəticələrini müəyyən etmək və hüquq-mühafizə orqanlarının fəaliyyətini əlaqələndirmək üçün dərhal hadisə yerinə gedib. <…> Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 293.2-ci (“Səhlənkarlıq”) maddəsi ilə cinayət işi başlanıb monitorinq keçirilib”, – prokurorluğun məlumatında deyilib.

Mənbə tass

Aynur Camal

Oxşar xəbərlər

Narkotikin təsiri altında yük avtomobili idarə edən sürücü saxlanılıb

Aynur Camal

Silahlı qarşıdurma oldu: 2 nəfər həyatını itirdi, 1-i yaralandı

Bugün TV

Motosiklet taksi ilə toqquşdu: 2 ölü var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu