16 C
Baku
27 Oktyabr 2025, 17:47
DünyaHadisə

Şiddətli partlayış oldu: Ölən və yaralananlar var

Bugun.tv xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə hava limanı yaxınlığındakı biznesin anbarında partlayış olub. Partlayış nəticəsində 1 nəfər ölüb, 163 nəfər yaralanıb. Gün açılanda partlayışın böyüklüyü bəlli oldu. Özbəkistan Fövqəladə Hallar Nazirliyi yanğınla əlaqədar hadisə yerinə 16 yanğınsöndürmə briqadasının göndərildiyini, yanğının yerli vaxtla saat 05.02-də nəzarətə götürüldüyünü və qrupların işinin davam etdiyini açıqlayıb. Açıqlamada yaralılardan 24-nün xəstəxanaya yerləşdirildiyi, digərlərinə isə hadisə yerində tibbi yardım göstərildiyi bildirilib. Beynəlxalq Daşkənd Hava Limanının mətbuat xidmətindən verilən açıqlamada partlayışın əməliyyatlara təsir etmədiyi bildirilib.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Yanan yük maşını kül oldu

Bugün TV

21430 manat dəyərində 10 ədəd mobil telefon oğurlandı

Kəmalə Sultan

İstanbulda BMT-nin regional ofisi yaradılacaq

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu