10 C
Baku
25 Mart 2026, 21:30
DünyaHadisə

Sığınacaqda baş verən yanğında 8 nəfər öldü

Çexiyanın Brno şəhərində evsizlər üçün sığınacaqda çıxan yanğında 8 nəfər ölüb.

Bugun.tv -nin əldə etdiyi məlumata görə, bu barədə yerli mətbuata polis sözçüsü Pavel Svab bildirib.

Onun sözlərinə görə, yanğın gecə saatlarında baş verib. Svab hadisənin başqa bir evsiz şəxs tərəfindən törədilə biləcəyi şübhəsinin üzərində dayanıldığını vurğulayıb. Həmçinin, bu istiqamətdə genişmiqyaslı araşdırmalara başlanıldığını qeyd edib.

Baş nazir Petr Fiala hadisənin böyük faciə olduğunu bildirərək, həyatını itirənlərin yaxınlarına Twitter-də başsağlığı verib.

Brno Böyükşəhər Bələdiyyə Başçısı Marketa Vankova bu faciəli hadisənin səbəbinin hər tərəfdən araşdırıldığını qeyd edib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

İran ABŞ-ın müharibəni dayandırmaq planını rədd edib

Aynur Camal

Danimarka Baş naziri istefa verdi

Aynur Camal

İran prezidenti Pezeşkian Türkiyə və Ərdoğana türk dilində mesaj ünvanlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu