Baş xəbərDünya

Sığorta-pensiya sahəsində islahatlara dair infosessiya keçirildi

“Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə, doğuma görə və s. müavinətlərin təyinatı da elektronlaşdırılacaq. Aparılan sosial islahatlar sığorta-pensiya sistemini də əhatə edir və pensiyalarda davamlı artıma imkan yaratmaqla, bu sahədə innovativ həllərin geniş tətbiqinə xidmət edir”.

Bugun.tv-yə daxil olan məlumata görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sığorta-pensiya sahəsində aparılan islahatlara dair keçirilən infosessiyada bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqlarına əsasən son illər reallaşdırılan sosial islahatların pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm addımların atılmasına imkan verdiyini qeyd edib.

Digər istiqamət kimi, 2019-cu ildən pensiya və müavinətlərin, təqaüdlərin proaktiv təyinatı mexanizmlərinin qurulduğu, ötən dövrdə 900 minə yaxın sosial ödəniş təyinatlarının e-sistem üzərindən, proaktiv həyata keçirildiyi diqqətə çatdırılıb.

Ötən il qanunvericilikdə edilmiş dəyişikliklə iki və daha çox pensiya növünə hüququ yaranan şəxslərə müraciət olunmadan, proaktiv qaydada onlardan ən yüksək olan pensiya növünün e-qaydada təyin olunması imkanı yaradıldığı bildirilib. Çoxuşaqlı və əlilliyi olan uşağı olan şəxslərə erkən pensiya təyinatlarının proaktiv şəkildə həyata keçirilməsi sahəsində aparılan işlər qeyd edilib.

Sosial sığorta əsaslı müavinətlərin (o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə, doğuma görə və s. müavinətlərin) elektron qaydada təyin edilməsi mexanizminin yaradılacağı da bildirilib.

İnfosessiya zamanı sığorta-pensiya sahəsində son illər aparılan islahatların nəticələri təqdim edilib. Bu sahədə hədəflərdən bəhs olunub, qarşıda duran vəzifələr müzakirə edilib.

Mənbə: Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

AQTA: “Kartof xəstəliyinə qarşı mübarizə tədbirləri aparılır”

Aynur Camal

Tikintidə partlayış baş verdi

Aynur Camal

Paytaxtda qətl törədildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu