30 C
Baku
28 İyun 2025, 16:43
Baş xəbərHadisə

Şikayətçi Nurlan Muxtarovun cəriməsini kim ödəyəcək?

Bugun.tv Gəncə şəhər sakin Nurlan Muxtarovun Kəpəz rayon yol polis əməkdaşlarından şikayəti əsasında Daxili İşlər Nazirliyi açıqlama verib.

Məlumatda bildirlir ki, vətəndaş N.Muxtarovun avtomobili şüşəsilənin və avtomobilin arxa hissəsinin aşağı olması səbəbindən saxlanılaraq, duracağa yerləşdirilib. “Avtomobilə baxış keçirilib, şüşəsilənin yoxluğu və yayların aşağı olması müəyyən edilib. Buna görə də 50 manat cərimə yazılıb, protokol tərtib olunub”, – DİN əməkdaşı Eşqin Qasımov əlavə edib.

Şikayətşi tərəf Nurlan Muxtarovun sözlərinə görə isə, protokol qanunsuz olaraq tərtib edilib. Çünki buna kifayət qədər sübutları var. Belə ki, qanuna görə, 342.5 maddəsində avtomobilin istismar edilən hallar var ki, nasazlıq olduqda ona cərimə tətbiq edilə bilər. “Mənim avtomobilimə isə protokol avtomobil hərəkətsiz vəziyyətdə olanda yazılıb. Mən onlardan protokolu istədikdə, onlar məndən xahiş etdilər ki, heç kimə şikayət etməyim. Protokolu da vermədilər. Avtomobilimin cəriməsini də özlərinin ödəyəcəklərini bildirlər. Amma cəriməni hələ də ödəməyiblər”.

DİN əməkdaşı E.Qasımov protokolun polis əməkdaşları tərəfindən ödənilməsi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu mümkün deyil. Cəriməni vətəndaş N.Muxtarov ödəməlidir. Əgər onun hər hansısa şikayəti varsa, yaxınlaşıb hüquq-mühafizə orqanlarına müraciət edə bilər.

Mövzuya yenidən qayıdacağıq.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Deputat ölkədəki bahalaşmadan danışdı: “Bəzi sahibkarlar vəziyyətdən istifadə edirlər” – FOTO

Aynur Camal

Kosmik gəmi Aya gedərkən Yerin şəklini çəkdi: o, nəyi göstərdi?

Aynur Camal

İslamı qəbul edənlərin sayı artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu