22 C
Baku
12 Sentyabr 2025, 3:43
Kriminal

Silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.

Bugun.tv xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat verib. Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən sakin, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilib.1 ədəd “Kalaşnikov AK-74” markalı avtomat. Həmin silaha məxsus daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.

Bundan əlavə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Kamil Həsənov və Şamil Həsənov saxlanılıblar. K.Həsənovun üzərindən və evindən 2 kiloqram 350 qramdan artıq marixuana tapılıb. Ş.Həsənovun üzərindən isə külli miqdarda heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb. Araşdırmalar davam etdirilir.

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Silah və küllü miqdarda narkotik aşkarlandı

Teymur Əziz

Şabran sakini idarə etdiyi “KamAZ”la qəza törətdi: 2 nəfər öldü

Nigar Məmmədova

Baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu