16 C
Baku
24 Oktyabr 2025, 6:41
Baş xəbərKriminal

Silah və küllü miqdarda narkotik aşkarlandı

Bugun.tv xəbər verir ki, Suraxanıda keçirilən əməliyyatlar zamanı saxlanılan 2 nəfərdən “Kalaşnikov” və 10 kiloqram narkotik vasitə aşkar edilib

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha bir nəfər saxlanılıb. Tədbir zamanı Əmircan qəsəbəsində narkotik maddələrin satışını təşkil edən İlqar Abbasov tutulub. Onun üzərindən və qəsəbə ərazisində yaşadığı evdən 10 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfinən keçirilən növbəti əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirməkdə şübhəli bilinən Sabirabad rayon sakini olan Rauf Hüseynov Bülbülə qəsəbəsində saxlanılıb. Həmin şəxs ifadəsində Binə qəsəbəsində ona məxsus bir ədəd odlu silahı qazaraq torpağa basdırdığını bildirib. Rauf Hüseynovun dediyi ünvana baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha məxsus patron darağı aşkar olunaraq götürülüb.
Qeyd edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Tədqiqat: Təbiət sənədli filmləri ağrıları yüngülləşdirə bilər

Aynur Camal

Moskva və Belqorod bölgəsinə pilotsuz təyyarələrlə hücum cəhdlərinin qarşısı alındı

Bugün TV

RSTF- da Niyyət Sazişi imzalandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu