27 C
Baku
26 İyul 2025, 9:25
Baş xəbərDünya

Silahlı hücumda iki türk işçini öldürən şübhəli həbs edildi

Bugun.tv xəbər verir ki, Almaniyada “Mercedes” şirkətinin fabrikinə silahlı basqın edən türk işçilər Ayhan B. və Özkan K.-ni öldürən şübhəli həbsxanaya göndərilib.

Ştutqart yaxınlığındakı Sindelfingendəki Mercedes fabrikində baş verən atışmadan sonra Ştutqart Prokurorluğu və Lüdviqsburq polisi birgə bəyanatda “Cinayətin nə üçün törədildiyi hələ aydın deyil” deyib.

Ştutqart Prokurorluğunun tələbi ilə qətl törətməkdə günahlandırılan türk şübhəlinin barəsində həbs qərarı çıxarılıb və o, həbsxanaya göndərilib.

Bildirilib ki, şübhəli Ayhan B-ni vurduqdan sonra o, digər usta Özkan K-ya silahla atəş açıb.

Özkan K-nın hadisə yerində, Ayhan B-nin isə aparıldığı xəstəxanada dünyasını dəyişdiyi öyrənilib.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Almaniya kansleri Olaf Scholz üzündəki yaralarla bağlı paylaşım etdi – FOTO

Kəmalə Sultan

Aİ-dən Rusiyaya yeni sanksiyalar paketi

Aynur Camal

Çin qoşunları Hindistan ərazisinə keçməyə cəhd edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu