27 C
Baku
10 İyun 2025, 10:15
Baş xəbərDünya

Silahlı hücumda iki türk işçini öldürən şübhəli həbs edildi

Bugun.tv xəbər verir ki, Almaniyada “Mercedes” şirkətinin fabrikinə silahlı basqın edən türk işçilər Ayhan B. və Özkan K.-ni öldürən şübhəli həbsxanaya göndərilib.

Ştutqart yaxınlığındakı Sindelfingendəki Mercedes fabrikində baş verən atışmadan sonra Ştutqart Prokurorluğu və Lüdviqsburq polisi birgə bəyanatda “Cinayətin nə üçün törədildiyi hələ aydın deyil” deyib.

Ştutqart Prokurorluğunun tələbi ilə qətl törətməkdə günahlandırılan türk şübhəlinin barəsində həbs qərarı çıxarılıb və o, həbsxanaya göndərilib.

Bildirilib ki, şübhəli Ayhan B-ni vurduqdan sonra o, digər usta Özkan K-ya silahla atəş açıb.

Özkan K-nın hadisə yerində, Ayhan B-nin isə aparıldığı xəstəxanada dünyasını dəyişdiyi öyrənilib.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

175 litr saxta spirtli içki ələ keçirildi

İntizar Əmirova

İsrailin Netanyahuya qarşı etiraz hərəkatı vətəndaş itaətsizliyinə başlayır

Bugün TV

Helsinki “Qərbi azərbaycanlılara qarşı soyqırımı və deportasiya cinayətləri” adlı tədbir və “İZ” sənədli filminin nümayişi olub  

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu