5 C
Baku
28 Yanvar 2026, 3:39
DünyaHadisə

Silahlı hücumlarda 12 nəfər həlak oldu

Bugun.tv xəbər verir ki, hadisə Nigeriyada yaşanıb. Bu barədə yerli mətbuatda məlumat yayılıb.

Bildirilir ki, heyvandarlıqla məşğul olan fulani üzvləri Nasarava əyalətinin Tattara Mada bölgəsində hücumlar həyata keçiriblər.

Basqın zamanı 12 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Əyalətin qubernatoru Abdullahi Sule hücumu pisləyib. O, bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Qeyd edək ki, Nigeriyanın şimal və mərkəzi hissəsində fulanilər və bəzi əkinçilik tayfaları arasında tez-tez şiddətli toqquşmalar baş verir.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

2025-ci ildə Türkiyədə arxeoloji kəşflər diqqət çəkib

Aynur Camal

İran ABŞ-ə xəbərdarlıq etdi: Savaşa tam hazırıq

Aynur Camal

Trump “Paris Anlaşması”dan rəsmi olaraq çıxdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu