Baş xəbərDünya

Silahlı insident olub, ölən və yaralananlar var

Türkiyənin İzmir şəhərinin Bayraqlı rayonunda 1 nəfərin ölümü, 5 nəfərin yaralanması ilə nəticələnən silahlı insident olub.

Qeyd edilir ki, silahlı şəxs qəhvəxanaya basqın edərək bir neçə nəfərə tapançadan atəş açıb. Hadisə zamanı 6 nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan biri xəstəxanada ölüb. Xəsarət alanlardan daha birinin vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törədən şəxs avtomobillə hadisə yerindən qaçıb. Hazırda polis onun axtarışlarını həyata keçirir.

Mənbə: “Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Rusiya–Ukrayna müharibəsində gərginlik artmaqda davam edir

Aynur Camal

Növbəti “qırmızı Ay” tutulması gəlir (Blood Moon)

Aynur Camal

Sərnişinlər hava limanlarında ilişib qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu