Bugun.tv xəbər verir ki, bu gün Azərbaycanın ordu quruculuğunun yaranmasının 107-ci ilidir. Hər il olduğu kimi bu il də bu gün Silahlı Qüvvələr Günü rəsmi dövlət bayramı kimi qeyd olunur.
Xatırladaq ki, 22 may 1998-ci il Ulu Öndər Heydər Əliyevin Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.
Prezident İlham Əliyevin rəhbərliyi altında ildən-ilə artırılan büdcə vəsaiti ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları da genişlənməkdədir.
Azərbaycan Silahlı Qüvvələr Günümüz mübarək olsun! – Bugun.tv