4 C
Baku
14 Dekabr 2025, 19:34
Digər

Silahlı Qüvvələr Günü- 107

Bugun.tv xəbər verir ki, bu gün Azərbaycanın ordu quruculuğunun yaranmasının 107-ci ilidir. Hər il olduğu kimi bu il də bu gün Silahlı Qüvvələr Günü rəsmi dövlət bayramı kimi qeyd olunur.

Xatırladaq ki, 22 may 1998-ci il Ulu Öndər Heydər Əliyevin Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunub.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır.

Prezident İlham Əliyevin rəhbərliyi altında ildən-ilə artırılan büdcə vəsaiti ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanları da genişlənməkdədir.

Azərbaycan Silahlı Qüvvələr Günümüz mübarək olsun! – Bugun.tv

Aynur Camal

Oxşar xəbərlər

Fransada etimad səsverməsi: Emmanuel Makron siyasi meydanda tək qala bilər

Bugün TV

Sürücülərin nəzərinə

Kəmalə Sultan

Ukraynanın azadlığı uğrunda şəhid olan soydaşımız dəfn olundu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu