Bugun.tv xəbər verir ki, 49 yaşlı həmin şəxs İtaliyanın təhlükəsizlik qüvvələri tərəfindən ailəsi ilə birlikdə tətildə olduğu Rimini şəhərində saxlanılıb. Onun “Şimal axını”nda baş verən partlayışda əli olan qrupun üzvü olduğu güman edilir. Əməliyyat Almaniya Federal Prokurorluğunun qərarı ilə Rimini polisinin əməkdaşları tərəfindən beynəlxalq əməkdaşlıq şəraitində həyata keçirilib. Təqsirləndirilən şəxs partlayıcı maddələrlə partlayış törətməkdə və konstitusiyaya zidd təxribat törətməkdə şübhəli bilinir. O, İtaliyadakı proseduralar tamamlandıqdan sonra Almaniyada hakim qarşısına çıxarılacaq.
Oxşar xəbərlər
- Şərhlər
- Facebook şərhləri