18 C
Baku
23 Oktyabr 2025, 20:53
Digər

“Şimal axını”nda baş vermiş partlayışa görə şübhəli bilinən Ukrayna vətəndaşı İtaliyada həbs edildi

Bugun.tv xəbər verir ki, 49 yaşlı həmin şəxs İtaliyanın təhlükəsizlik qüvvələri tərəfindən ailəsi ilə birlikdə tətildə olduğu Rimini şəhərində saxlanılıb. Onun “Şimal axını”nda baş verən partlayışda əli olan qrupun üzvü olduğu güman edilir. Əməliyyat Almaniya Federal Prokurorluğunun qərarı ilə Rimini polisinin əməkdaşları tərəfindən beynəlxalq əməkdaşlıq şəraitində həyata keçirilib. Təqsirləndirilən şəxs partlayıcı maddələrlə partlayış törətməkdə və konstitusiyaya zidd təxribat törətməkdə şübhəli bilinir. O, İtaliyadakı proseduralar tamamlandıqdan sonra Almaniyada hakim qarşısına çıxarılacaq.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

C.Bayramovun BQXK – nin Azərbaycandakı nümayəndəliyinə rəhbərliyi ilə görüşünə dair mətbuat məlumatı

Şükufə Ramizqızı

İspaniyada meşə yanğınları 5 gündür davam edir

Nigar Məmmədova

F.Şahbazlı: “Bizim haqlı tələblərimiz yerinə yetirilənə kimi bu aksiya davam edəcək”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu