Şimal yarımkürədə 21 dekabr 2025-ci il tarixində ilin ən qısa günü kimi qeydə alınıb.
Bu tarixlə birlikdə astronomik qış fəsli rəsmi olaraq başlayacaq.
Sözügedən gün eyni zamanda gün dönümü adlanır və Günəş şüalarının Yerə düşmə müddətinin ən qısa olduğu anı ifadə edir. Eyni vaxtda Cənub yarımkürədə tam əks proses baş verir — ilin ən uzun günü yaşanır və yay mövsümü başlayır. Bu hadisə Yer kürəsinin Günəş ətrafında fırlanması zamanı oxunun meyilli olması ilə əlaqədardır və hər il təkrarlanır.
Qış gün dönümü zamanı Günəş səmada ən aşağı mövqedə görünür, nəticədə şimal yarımkürədə gündüzlər ən qısa, gecələr isə ən uzun olur. Alimlərin fikrincə, bu tarix ilin ən qaranlıq günü sayılsa da, məhz bundan sonra gündüzlərin tədricən uzanmağa başlaması müsbət dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilir.
Tarix boyu bir çox xalqlar bu təbii hadisəni xüsusi mərasimlər və rituallarla qeyd edib.
Astronomlar gün dönümünü latın mənşəli “solstice” termini ilə ifadə edirlər. Bu söz “günəş” və “dayanma” mənalarını verir və Günəşin səmadakı hərəkətinin müəyyən bir nöqtədə dayanmasını simvolizə edir. Qış gün dönümü zamanı Yer kürəsinin şimal hissəsi Günəşdən ən uzaq meyildə yerləşir ki, bu da ilin ən qısa işıqlanma müddətinə səbəb olur. Məhz bu astronomik hadisə fəsillərin dəyişməsində əsas rol oynayır.
Mənbə: TRT haber
