12 C
Baku
23 Oktyabr 2024, 4:37
Baş xəbərDünya

Şimali Koreya əsgərləri Ukraynaya qarşı döyüşəcək

 Rusiya bunu inkar etsə də, görüntülər bunun əksini deyir

Rusiya Şimali Koreya əsgərlərinin Ukraynaya qarşı döyüşmək üçün ölkəyə gəlməsi ilə bağlı iddiaları təkzib etsə də, görüntülər bunun əksini ortaya qoyub. İlk dəfə Ukrayna tərəfindən yayımlanan videoda bir neçə anlar Şimali Koreya əsgərlərinin Rusiya hərbi geyimlərini alması, daha sonra isə onların hərbi əməkdaşlığını sübut edən foto ortaya çıxıb. Şimali Koreyanın Rusiyaya qoşun yeritməsi ilə bağlı yeni dəlillər ortaya çıxıb. Ukraynanın paylaşdığı Şimali Koreya əsgərlərinin görüntülərinin ardınca iki ölkə arasında hərbi əməkdaşlığı sübut edən daha bir foto gəlib.

Ukraynanın Pokrovsk şəhərindəki mədən sahəsində çəkildiyi iddia edilən kadrda Rusiya və Şimali Koreya bayraqları yan-yana görüntülənib və Rusiya tərəfdarı hesab tərəfindən sosial şəbəkə tətbiqi Telegram-da dərc edilib. Fotonun gerçək olub-olmadığı hələ məlum olmasa da, Rusiya və ya Şimali Koreyadan rəsmi açıqlama verilməyib.

Ukraynanın Mədəniyyət və İnformasiya Nazirliyinə tabe olan Ukrayna Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi Rusiyadakı Şimali Koreya əsgərlərinin videosunu dərc edib. Videoda Şimali Koreya əsgərlərinin çanta, paltar və digər əşyaları toplamaq üçün növbəyə düzüldüyü əks olunub. “Biz bu videonu öz mənbələrimizdən almışıq. Təhlükəsizliyə görə, onu bizə təqdim edən mənbələrdən əlavə yoxlama təmin edə bilmirik. Videoda Şimali Koreya vətəndaşlarının Rusiya hərbçilərinin göstərişi ilə rus geyimlərini aldığı açıq-aydın görünür”, – mərkəzin direktoru İhor Solovey deyib.

Mərkəz bu görüntülərin bu yaxınlarda rus əsgəri tərəfindən çəkildiyini iddia etsə də, onların necə əldə edildiyini dəqiqləşdirmir.

Keçən həftə Cənubi Koreya Kəşfiyyat Xidməti (NIS) peyk fotolarını paylaşaraq, Şimali Koreyanın Rusiyaya 1500 xüsusi təyinatlı əsgər göndərdiyini açıqlamış və bəyanatda əsgərlərin Ukrayna müharibəsinə təyin olunacağının təxmin edildiyini bildirmişdi.

Ukrayna prezidenti Vladimir Zelenski də Şimali Koreyanın onlara qarşı döyüşmək üçün Rusiyaya 10 min əsgər göndərməyə hazırlaşdığını iddia edib. İddiasını kəşfiyyat məlumatlarına əsaslandıran Zelenski iddia edib ki, hazırda işğal altındakı Ukrayna ərazisində qeyri-müəyyən sayda Şimali Koreya əsgəri var.

Kremlin sözçüsü Dmitri Peskov da Şimali Koreyanın Rusiyaya əsgər göndərməsi ilə bağlı iddiaları rədd edərək, “Bu, növbəti saxta xəbərə bənzəyir” cavabını verib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Akademik Milli Dram Teatrına yeni təyinat

Nigar Məmmədova

Tək şarjla 800 km: Elektrikli 9 nəfərlik təyyarələr gəlir

Aynur Camal

“Uoll-strit canavarı” filmindəki “Lamborghini” 1,6 milyon dollara satıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu