25 C
Baku
20 İyul 2025, 0:30
Baş xəbərHadisə

Şimali Koreyanın raketi uçuşu bu dəfə də uğursuz olub

Bugun.tv xəbər verir ki, Şimali Koreya orbitə casus peyki yerləşdirməklə bağlı ikinci cəhdinin uğursuzluğa düçar olduğunu və daha bir cəhdin oktyabrda ediləcəyini açıqlayıb.

Bu barədə Şimali Koreya Kosmik Agentliyi məlumat yayıb. Bildirilir ki,  “Çollima-1” daşıyıcı raketi və “Malliqyonq-1” peyki onu orbitə çıxarmaq üçün buraxılıb, lakin uçuşun üçüncü mərhələsində fövqəladə partlayış sistemi sıradan çıxdığı üçün uğursuz olub.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno bu təşəbbüsü sülh və sabitliyə təhlükə kimi qiymətləndirib.

Yaponiya Şimali Koreyanın hərbi casus peyki buraxmağı planlaşdırdığını bildirib.

Beynəlxalq qınaqlara baxmayaraq, Şimali Koreya peykin qısa müddətdə yenidən buraxılacağını açıqlayıb.

Teymur Əziz

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan kəndinin təməlini qoyub 

Bugün TV

İngiltərədə insan tələfatına səbəb olan “Bert” fırtınası Fransanı da təşvişə salıb

Aynur Camal

Martın 21-də gözlənilən hava şəraiti

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu