Şimali Koreya oktyabrın 14 və 15-də 1,4 milyondan çox gəncin Koreya Xalq Ordusuna qoşulmaq üçün müraciət etdiyini açıqlayıb. Rəsmi açıqlamalarda gənclərin orduya getmək istəyinin Cənubi Koreyaya qarşı intiqam və nifrət hisslərinin əksi olduğu vurğulanıb.
Şimali Koreya ilə Cənubi Koreya arasında hərbi gərginlik davam edərkən, Pxenyan administrasiyası bölgədə təhlükəsizlik narahatlıqlarını artıracaq açıqlama verib.
Şimali Koreyanın rəsmi mətbuatının məlumatına görə, oktyabrın 14-ü və 15-də ölkə üzrə 1,4 milyondan çox gənc Koreya Xalq Ordusuna (KPA) könüllü olmaq üçün müraciət edib.
“BİZ DÜŞMƏNİN VARLIĞINA SON VERMƏYƏ HAZIRIQ”
Cənubi Koreyanın pilotsuz uçuş aparatları göndərərək Şimali Koreyanın suverenliyini pozduğu xatırladılan bəyanatda Şimali Koreyalı gənclərin orduya qoşulmaq istəyinin düşmənə nifrət və qisas istəyinin əksi olduğu vurğulanıb.
Açıqlamada, “Müharibə başlayarsa, Cənubi Koreya xəritədən silinəcək. Düşmən müharibə istədiyi üçün onun varlığına son qoymağa hazırıq” ifadələri işlədilib.
Bəyanatda həmçinin deyilir: “Mənfur düşməni məhv olmaq həddinə çatdırmaq əzmində olan yeni nəslin qisas ehtirası və ordusuna qoşulmaq istəyi zaman keçdikcə artır”.
Gərginlik ARTIB
Şimali Koreya administrasiyası Cənubi Koreyanın paytaxt Pxenyan səmasına təbliğat vərəqələri daşıyan pilotsuz uçuş aparatları göndərdiyini iddia edib.
Və nəhayət, Şimali Koreyanın Cənubi Koreyaya birləşdirən yolları partlatması Seul administrasiyasına hədə-qorxu gəlməsi kimi şərh edilib.
Mənbə: hurriyyət.tr