3 C
Baku
14 Dekabr 2025, 9:06
Digər

Şimali Koreya raket zərbələri endirir

Bugün.tv xəbər verir ki, Şimali Koreya  şərq sahillərində dənizə doğru səkkiz qısa mənzilli ballistik raket atəb.  Bu Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimləri başa vurmasından bir gün sonra baş verib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın paytaxtı Pxenyanın Sunan bölgəsindən ən azı səkkiz raketin atıldığını və onların 110 ilə 600 kilometr (70 ilə 370 mil) arasında 25 ilə 90 kilometr yüksəklikdə uçduğunu bildirib.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi bildirib ki, Koreya yarımadasında sülh və təhlükəsizlik üzrə xüsusi elçi Kim Qunn ABŞ-ın Şimali Koreya məsələləri üzrə komissarı Sun Kim ilə təxribatı müzakirə edib. Kim Qunn yapon həmkarı Funakoshi Takehiro ilə də konfrans keçirib.

Bugün TV

Oxşar xəbərlər

Qazaxıstan və Çin 15 milyard dollar dəyərində 70-dən çox kommersiya sənədi imzaladı

Bugün TV

Gələn ildən pensiya kapitalı nə qədər artırılacaq?

Aynur Camal

Şəhid Təbriz Bəkirovun 30 illik yubileyi kecirilib-VİDEO

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu