Şimali Koreya ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini rəsmən təsdiqləyib.
Bu barədə Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyası məlumat yayıb.
Açıqlamada Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində Rusiyaya əsgərlərin göndərildiyi bildirilib.
Şimali Koreya əsgərlərinin Kursk bölgəsində qəhrəmancasına uğurlar göstərdiyi vurğulanan bəyanatda, “Rusiyanın Ukraynaya avantürist işğalını dəf etmək üçün həyata keçirilən Kursk bölgəsinin azad edilməsi əməliyyatı qələbə ilə başa çatıb. Bizim silahlı qüvvələrimiz neonasist Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib” deyib.
“ƏSGƏRLƏRİMİZ QƏHRƏMANLIQ HEKAYƏLƏRİ YAZIB”
Rusiyaya qoşun yeritmə qərarının ölkə lideri Kim Çen Inın özü tərəfindən verildiyi vurğulanan açıqlamada, “Rusiya ərazisini öz ərazisi kimi görən əsgərlərimiz Şimali Koreya ilə Rusiya arasındakı ittifaqın möhkəmliyini sübut edib, fədakarlıqla dolu mübarizələri ilə əfsanəvi hərbi qəhrəmanlıq hekayələri yazıblar” , – deyib.
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyinin ikitərəfli münasibətlərdə dönüş nöqtəsi olduğu vurğulanan bəyanatda deyilir: “Koreya Fəhlə Partiyasının Mərkəzi Hərbi Komissiyası Kursk bölgəsinin azad edilməsi əməliyyatlarında iştirak edən və Şimali Koreya-Rusiya münasibətlərinin tarixinə qızıl hərflərlə yazılacaq ölməz uğurlara imza atmış bütün əsgərlərini səmimi qəlbdən təbrik edir” deyilib.
Şimali Koreya hökumətinin Rusiya kimi qüdrətli dövlətlə ittifaq qurmaqdan şərəf duyduğu və “Şimali Koreya ilə Rusiya arasında hərbi əlaqələri daha da gücləndirməkdən və Rusiyanın xüsusi hərbi əməliyyatlarına töhfə verməkdən məmnun olduğumuz” ifadə edilib.
Şimali Koreyanın Rusiyaya qoşun göndərməsinin beynəlxalq hüququn bütün qaydalarına uyğun olduğu iddia edilən açıqlamada, “Ordumuzun Rusiya ərazisi daxilində iki ölkə arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi çərçivəsində fəaliyyəti, Birləşmiş Millətlər Təşkilatının qaydaları da daxil olmaqla, beynəlxalq hüququn bütün müddəalarına uyğundur” yazılıb.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin ötən ilin iyununda Pxenyanda görüşərək Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalayıblar.
Razılaşmanın “tərəflərdən birinə qarşı xarici hücum zamanı qarşılıqlı yardım”ın da yer aldığını bildirən Putin, “Rusiya imzalanan bu müqaviləyə uyğun olaraq Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığı istisna etmir” dedi.
Baş verənlərin ardınca Şimali Koreyanın Rusiyaya əsgər göndərdiyi məlum olub.
Şimali Koreya əsgərlərinin Rusiyanın Kursk bölgəsində Ukraynaya qarşı döyüşdüyü və ağır itkilər verdiyi açıqlansa da, Şimali Koreya sözügedən qoşun transferini rəsmən təsdiqləməmişdi.
Mənbə: EnSonHaber