Şimali Koreya lideri Kim Çen In uzun müddətdir ki, piylənmə səbəbindən yüksək qan təzyiqi və şəkərli diabet kimi sağlamlıq problemlərindən əziyyət çəkirdi.
Kim Çen Inın səhhətində yaranan problemlər üçün xaricdən yeni dərmanların alınacağı iddia edilib. Rəsmilər Şimali Koreya lideri ilə bağlı kəşfiyyat məlumatı aldıqlarını bildiriblər.
Şimali Koreya lideri Kim Çen Inın səhhətində yaranan problemlər barədə təəccüblü iddialar səsləndirilir. Şimali Koreya rəsmiləri ölkə lideri Kim Çen Inın “piylənmə ilə bağlı yüksək qan təzyiqi və diabet kimi sağlamlıq problemlərini müalicə etmək üçün xaricdən yeni dərmanlar axtardığını” iddia edib.
Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) rəsmiləri 2021-ci ildə əhəmiyyətli dərəcədə arıqlayan Kimin yenidən kökəlməyə başladığını və səhhətinin pisləşdiyini müdafiə edib.
Kimin 30 yaşının əvvəlindən yüksək təzyiq və şəkər xəstəliyinin əlamətləri olduğunu bildirən səlahiyyətlilər, hazırda təxminən 140 kiloqram ağırlığında olan Şimali Koreya liderinin bəzi xəstəliklər üçün yüksək risk qrupunda olduğunu iddia ediblər.
Rəsmilər Şimali Koreyalıların Kim üçün xaricdən yüksək təzyiq və diabet üçün yeni dərmanlar almağa çalışdıqlarına dair kəşfiyyat məlumatı aldıqlarını bildiriblər.
Kimin atası və babası 2011-ci ildə hakimiyyətə gələndə ürək problemlərindən dünyasını dəyişib.
Mənbə: TGRT