Dünya

Şimali Koreya Yapon dənizinə doğru ballistik raket atdı

Şimali Koreyanın  atdığı uzaqmənzilli raket təxminən 1000 kilometr məsafəni qət edib.

Bugun.tv Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən xəbər verir.

Raketin yerli vaxtla saat 7:10-da (Bakı vaxtı ilə 2:10) Pxenyanın Sunan rayonundan Yapon dənizinə doğru geniş bucaq altında buraxıldığı bildirilir.

Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası bununla bağlı iclas etmək qərarına gəlib.

Tokionun məlumatına görə, bu, ballistik raket idi.

Cənubi Koreya prezidenti Yoon Suk Yeolun bu gün Tokioda Yaponiyanın baş naziri Fumio Kişida ilə danışıqlar aparacağı gözlənilir.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Rusiya Ukraynaya qarşı böyük dron hücumu həyata keçirdi: ən azı 7 nəfər həlak oldu

Aynur Camal

Lübnan İran səfirini “arzuolunmaz şəxs” elan edib

Aynur Camal

İran və Çin xarici işlər nazirləri görüşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu