15 C
Baku
18 Aprel 2026, 12:29
Dünya

Şimali Koreyada plastik əməliyyat etdirən qadınların evlərinə basqın! ‘Sistemə xəyanət’ iddiası açıldı

Şimali Koreyada plastik əməliyyat etdirən iki qadın evlərinə basqın edildikdən sonra həbs edilib. Onları sosialist sisteminə xəyanət etməkdə və burjua ənənələri ilə çirklənmiş korrupsioner, kapitalist davranışlarda ittiham edirdilər.

Şimali Koreyada plastik əməliyyat etdirən iki qadın məhkəməyə verilib. Şimali Koreyanın Sarivon şəhərindəki mədəniyyət mərkəzində qeyri-qanuni şəkildə proseduru icra edən qadınların evinə basqın keçirilib və onlar tutulub. Cənubi Koreyanın Daily NK xəbər agentliyinin məlumatına görə, qadınlara qarşı mülki iddia qaldırılıb.

Məlum olub ki, cərrahiyyə əməliyyatını həyata keçirən şəxs tibbi yarımçıq qalmış Çindən gətirilən silikonlardan istifadə edib. Həkimin evində axtarışlar zamanı tibbi cihazlar, xaricdən gətirilən silikonlar və külli miqdarda nağd pul aşkar edilib.

Dinləmə zamanı qadınlar “bədənlərini gözəlləşdirmək” üçün plastik əməliyyat etdirdiklərini bildiriblər. Hakim onları “zinət düşkünülüyü ilə məşğul olmaqda və sosialist quruluşuna xəyanət etməkdə” ittiham edib.

Məhkəmə “Sosialist quruluşu altında yaşayan qadınlar burjua ənənələri ilə pozulur və kapitalist davranışlar nümayiş etdirirlər” kimi ifadələr dinləyib. Hakim sərt cəza ilə bağlı xəbərdarlıq edib.

Estetik əməliyyatların aparıldığı Sarivon şəhərində qadınların xəstəxanada fiziki müayinədən keçməsini tələb edən siyasətə başlanıldığı da bildirilib.

Mənbə: Tgrt Haber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu